
Bakı. Trend:
TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına
uyğun olaraq yeni İçərişəhər şöbəsini müştərilərin istifadəsinə
verib.
Bakı şəhəri, Səbail rayonu, Qoşa Qala 47 ünvanında yerləşən yeni
şöbə müasir standartlara cavab verən ofis binası ilə şəhər
sakinlərinin, həmçinin yerli və xarici turistlərin müxtəlif növ
bank xidmətləri, eyni zamanda valyuta mübadiləsi əməliyyatlarını
daha operativ və rahatlıqla həyata keçirməsini təmin edəcəkdir.
Qeyd edək ki, TuranBank-ın İçərişəhər şöbəsi həftənin hər günü,
saat 10:00-dan 00:00-dək müştərilərin xidmətindədir.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış
nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.
TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı
keçidə daxil
olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı
məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın
rəsmi veb
səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram
və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır..



























