Advertisement

Anar Quliyev federasiya prezidenti seçilib

Bakı. Trend:

Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı
keçirilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati
binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə
başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans
iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək
təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı
üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni
seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Sonra Azərbaycan Oxatma Federasiyasının rəhbərliyinə seçki
keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar
Quliyev federasiyanın prezidenti seçilib.

Yığıncaqda Azərbaycan Oxatma Federasiyasının yeni prezidenti
Anar Quliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib,
qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə
danışıb.