Advertisement

Azərbaycan kubokunda finalın biletləri satışa çıxarılır

Bakı. Trend:

Azərbaycan kubokunun final oyununun biletlərinin satış tarixi
məlum olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.

“Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri mayın 25-dən
etibarən “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika
Stadionunun kassalarında satışda olacaq. Biletlərin qiymətləri
yerlərdən asılı olaraq 5, 10, 15 və 50 manatdır.

Qeyd edək ki, iyunun 2-də keçiriləcək matç saat 20:00-da
başlayacaq.