Advertisement

Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb

Bakı. Trend:

Bu gün Qazaxıstanda Azərbaycanın təşəbbüsü ilə türk dünyası
markalarını birləşdirən “Made in Turan” brendi yaradılıb.

Bunu Trend-ə Azərbaycan Françayzinq Assosiasiyasının
İdarə Heyətinin sədri Camid Mövsümov deyib.

O bildirib ki, markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri
də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin
vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri
məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da
artıracaqdır.

“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal
etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür.
“Made in Turan” markası üçün əldə olunacaq xüsusi güzəştlər
sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi
əlaqələr möhkəmlənəcəkdir.

“Made in Turan” markasının tətbiq olunması həmçinin Türk dünyası
markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti
nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda
əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər
sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi
artacaqdır.

“Made in Turan” markası Türk dünyasının qlobal miqyasda mühüm
iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcəkdir. “Made in
Turan” ticarət evlərinin açılışını planlaşdırırıq”,- deyə o qeyd
edib.

Qeyd edək ki, 200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri
Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari,
mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd
təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə
sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.

Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi
onların Şərq və Qərb arasında artmaqda olan ti­carət dövriyyəsində
də önəmli rola malik olmasına şərait yaradır. Statistik
göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət
dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzə­rindədir. Türk
dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləş­məsi
TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə
ki, TDT-yə üzv ölkələrin dünya iqtisa­diyyatındakı ümumi ticarət
dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir.

Türk Dövlətləti Təşkilatına üzv ölkələr bu gün qlobal və
regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində
yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat
marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün
strateji əhəmiyyətə malikdir.

TDT-yə üzv ölkələrdəümumi daxili məh­sulun (ÜDM) həcmi 1,5
trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları
təş­kil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət
dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.