Advertisement

“Qarabağ”ın qapıçısı Avropa çempionatında – Trend.Az

Bakı. Trend:

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili AVRO-2024-ün final
mərhələsində iştirak edəcək.

Trend İdman.biz
istinadən xəbər verir ki, qolkiper Gürcüstan millisinin qitə
çempionatı üçün ilkin heyətində yer alıb.

25 yaşlı əlcək sahibi Almaniyaya aparılmağa namizədlər sırasında
olan üç qapıçıdan biridir. Bu üzdən də onun yekun siyahıda da
qalacağı gözlənilir.

Əsas yığmada 1 matç keçirən Luka Almaniyaya 3-cü qapıçı kimi
yollanmağa yaxındır. Onun yer aldığı milli Portuqaliya, Türkiyə və
Çexiya ilə eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək
keçiriləcək.