Advertisement

OPEC Azərbaycana COP29-un keçirilməsində tam dəstək təklif edir – Baş katib

Bakı. Trend:

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycana COP29-un
keçirilməsində tam dəstək təklif edir.

Trend xəbər
verir ki, bu barədə OPEC-in baş katibi Haysam Əl-Qays OPEC-in
Vyanada yerləşən baş ofisində COP29 ərəfəsində keçirilən yüksək
səviyyəli dialoqda deyib.

Onun sözlərinə görə, OPEC-Azərbaycan münasibətləri “qızıl
era”sını yaşayır.

O qeyd edib ki, bu əlaqələrin möhkəmliyi Əməkdaşlıq Bəyannaməsi
və Əməkdaşlıq Xartiyası çərçivəsində davam edən əməkdaşlıq
sayəsində nəzərə çarpır.

Baş katib həmçinin, Azərbaycanın COP-a inklüziv yanaşmasını və
bütün, o cümlədən neft sahəsi ilə bağlı rəyləri nəzərə almasını
yüksək qiymətləndiribvə bu konstruktiv yanaşmanın OPEC və ona üzv
ölkələrin nöqteyi-nəzəri ilə uyğun gəldiyini qeyd edib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft
sənayesinə dair hamı tərəfindən qəbul edilmiş yanaşmamımızı
açıqlayaraq neft və qazı “Tanrıdan verilən böyük nemət”
adlandırması bizi olduqca ruhlandırdı”, – o deyib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar
Babayev və OPEC-in baş katibi Haysam Əl-Qaysın həmsədrliyi ilə
yüksək səviyyəli dialoq keçirilib. Dialoqda OPEC ölkələrindən və
Əməkdaşlıq Xartiyasında iştirak edən qeyri-OPEC ölkələrindən yüksək
vəzifəli rəsmilər iştirak edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun