Bakı. Trend:
Son zamanlar Şərq-Qərb arasındakı Orta Dəhlizin tərkib
hissələrindən biri də Türkiyədir.
Trend xəbər verir ki, Türkiyənin nəqliyyat naziri Abdulkadir
Uraloglu Leypsiqdə (Almaniya) “Nəqliyyatın yaşıllaşdırılması:
böhran dövründə diqqətin saxlanılması” mövzusunda Beynəlxalq
Nəqliyyat Forumunun (ITF) illik sammiti zamanı deyib.
Onun sözlərinə görə, Orta Dəhlizin daha da inkişaf etidirlməsi
üçün işlər görürük. Son dönəmlər xüsusilə dəmir yollarının
genişləndirilməsi üzrə işlər görürük.
“İstifadə olunan nəqliyyat vasitələrinin “yaşıl enerj”
vasitəsilə çalışmasına xüsusi səy göstəririk. Xüsusilə Qırmızı
dənizdə yaranan problemlərdən sonra alternativ xətlərin olması
vacibliyi ortaya çıxdı. İran körfəzindən Avropya uzanacaq dəhliz
üzərindən çalışırıq”, – deyə nazir əlavə edib.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti
dünyanın nəqliyyat nazirlərinin ən böyük toplantısı və qlobal
nəqliyyat siyasəti sahəsində əsas hadisədir. Builki sammit mayın
22-dən 24-dək Litvanın sədrliyi ilə Leypsiqdə keçirilir.
2024-cü il sammitində ekoloji dayanıqlığın əldə edilməsində
nəqliyyat sektorunun rolunun araşdırılması və bu kontekstdə iqlim,
sağlamlıq və geosiyasi böhranların təsirinin qiymətləndirilməsi
planlaşdırılır. Qlobal CO2 emissiyalarının 30 faizi nəqliyyatın
payına düşür və ekstremal hava hadisələrinə səbəb olan iqlim
dəyişikliyi ilə karbon emissiyalarının azaldılması zərurəti əsas
prioritetdir.



























