Bakı. Trend:
Luka Modriç “Real”ı tərk etməyəcək.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, daha 1 il Madrid klubunda çıxış
edəcək.
Bu barədə “Marka” nəşri məlumat yayıb. Xorvatiyalı
yarımmüdafiəçinin “Real”la 2025-ci il iyunun 30-dək müqavilə
bağladığı bildirilib. O, komandanın heyətində keçirdiyi 532 oyunda
39 qol vurub, 86 ötürmə edib.
Qeyd edək ki, Modriç 2012-ci ildən madridlilərin heyətində
oynayır. O, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə İspaniya
çempionatının qalibi olub.





























