
Bakı. Trend:
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya
istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.
Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara
aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu
marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə
aviabiletlərin qiyməti 169 avrodan başlayır.
Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən
aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna
olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində
həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10
kq-a qədər əl yükünün daşınması mümkündür.
Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara
həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun
3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər
iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri
yerinə yetiriləcək.
Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin
yenilənmiş mobil tətbiqindən əldə etmək olar.



























