
Bakı. Trend:
Prinsip etibari ilə hamı maraqlıdır ki, xərclərin ümumi daxili
məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə
baxsaq, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də
yuxarı. Amma bu dövlət büdcəsidir. İcmal büdcəni biz götürsək, daha
yüksəkdir, nisbət 34,5 faizdir haradasa.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri
Samir Şərifov deyib.
O qeyd edib ki, artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü
ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi
göndərilib.
“Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət
büdcəsi xərclərinin xüsusi bu gün, hal-hazıra proqnozlaşdırılan
ÜDM-də 34 faizə çatıdırılacaq. Yəni bu kifayət qədər yüksək
artımdır. Amma yenə də deyirəm biz əhəmiyyətli xərc atımına
gedirik. Bunu gərək etiraf edək”, – deyə nazir əlavə edib.



























