Advertisement

Ümumi daxili məhsulun proqnozlaşdırılması olduqca vacibidi – Samir Şərifov

Bakı. Trend:

Ümumi daxili məhsulun proqnozlaşdırılması olduqca vacibidir. Biz
çalışmalıyıq ki, bizim dövlət büdcəsinin xərclərinin artım templəri
iqtisadiyyatın artımı templəri ilə uzlaşsın. Yəni ondan çox
olmasın.

Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri
Samir Şərifov deyib.

O qeyd edib ki, onun çox olması müəyyən bəlli bir müddət ərzində
iqtisadiyyat üçün qəbul ediləndir.

“Amma bunun davamlı şəkildə edilməsi düşünülmüş siyasət
olmayacaq”, – deyə nazir qeyd edib.