Advertisement

2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası
haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə
edilib.

Trend-in məlumatına görə, qanun layihəsi Milli Məclisin İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən
iclasında müzakirə edilib.

İclasda iclasda komitə sədri Tahir Mirkişili, maliyyə naziri
Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov,
deputatlar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət
büdcəsinin gəlirlərinin 35 236 394,3 min manat, xərclərin 36 457
956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif
edilir.

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə
olunub.