Bakı. Trend:
Azərbaycan yığmasının cüdoçusu Zelim Kotsoyev tarixi uğura imza
atıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, o, 3-cü dünya çempionatında medal
qazanıb.
Zelim Abu-Dabidə keçirilən mundialda fəxri kürsünün ən yüksək
pilləsində yer alıb. Bundan əvvəl Kotsoyev 2021-ci ildə Daşkənd,
2023-cü ildə isə Dohada keçirilən mundiallarda medal qazanıb. Onun
qazandığı medalların əyarı bürünc olmuşdu.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 2-ci qızılını
qazanıb. BƏƏ-də ilk uğura Hidayət Heydərov (73 kq) imza atıb.





























