Advertisement

“Beşiktaş”ın 11-ci dəfə Türkiyə kubokunu qazanıb

Bakı. Trend:

Türkiyə kubokunda 2023/2024 mövsümünün final matçı
keçirilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, həlledici matçda “Beşiktaş” və “Trabzonspor” üz-üzə
gəlib.

Məhsuldar keçən qarşılaşmada qapılara 5 top vurulub. İstanbul
klubu 90+4-cü dəqiqədə fərqlənərək, 3:2 hesabı ilə qalib gəlib.

“Beşiktaş” tarixində 11-ci dəfə ölkə kubokuna yiyələnib. Komanda
sonuncu dəfə 2011-ci ildə bu uğura nail olmuşdu.

Qeyd edək ki, “Qalatasaray” Türkiyə kubokunu 18 dəfə qazanıb.
“Trabzonspor”un hesabında 9 titul var.