Advertisement

Güləşçilərimiz iki qızıl, bir bürünc üçün mübarizə aparacaq

Bakı. Trend:

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam
edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın beşinci günündə qadın
güləşçilərin mübarizəsinə yekun vurulacaq.

Bu gün 53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkilərində medallar
uğrunda qarşılaşmalar baş tutacaq. Azərbaycan millisinin 3
güləşçisi xalçaya çıxacaq. Onlardan ikisi qızıl, biri bürünc üçün
mübarizə aparacaq.

Qadın güləşi
53 kq

Ardıcıl iki qələbə qazanan Elnurə Məmmədova finalda xalçaya
çıxacaq. O, çempionluq üçün ukraynalı Liliya Malançukla gücünü
yoxlayacaq.

57 kq
Jalə Əliyeva da ardıcıl 3-cü qələbə ilə Avropanın ən yaxşısı olmağa
çalışacaq. O, həlledici görüşdə Elvira Kamaloğlu ilə (Türkiyə)
üz-üzə gələcək.

72 kq
Mərziyə Sadıqova bürünc medal uğrunda mübarizə aparacaq.
Güləşçimizin rəqibi Bukrenaz Sert (Türkiyə) olacaq.

Qeyd edək ki, Azərbaycan qadın güləşçiləri ilk medal günündə bir
bürünc qazanıb.