Advertisement

Bakı aeroportu yay mövsümündə sərnişinlərə 80-nə yaxın istiqamət təklif edir

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahət üçün müxtəlif
istiqamətlər və aviaşirkətlər təklif etməklə sərnişinlər üçün
əlçatanlıqı təmin etməyə çalışır. Tətil mövsümünün başlaması ilə
30-a yaxın ölkə və 80-nə yaxın istiqamət – turizm kurortlarından
tutmuş biznes paytaxtlarına qədər sərnişinlər üçün daha da əlçatan
olacaq.

Yay aylarında Türkiyənin şəhərləri ən populyar istiqamətlərdən
biri olaraq qalır. İyundan etibarən Antalya, İzmir, Trabzon,
Dalamana uçuşların tezliyi artırılacaq. Bu marşrutlar üzrə reyslər
AZAL, “Turkish Airlines”, “Pegasus Airlines” və “Ajet” tərəfindən
həyata keçiriləcək.

Körfəz kurort həvəskarlarına Əbu-Dabi, Şarja, Dubay, Bəhreyn və
Küveytə həftədə 80-dən çox müntəzəm reys təklif olunur. Uçuşlar
milli aviadaşıyıcı, “Wizz Air Abu Dhabi”, “Air Arabia”, “FlyDubai”,
“Gulf Air”, “Kuwait Airlines” və “Jazeera Airlines” tərəfindən
yerinə yetiriləcək. Həmçinin, Bakı hava limanından AZAL və Air
Cairo aviaşirkətləri vasitəsilə həftədə 3 dəfə Şarm əl-Şeyxə
səyahət etmək mümkün olacaq.

Frankfurt, Tivat, Astana, Moskva, Sankt-Peterburq, Ufa, Tümen,
Surqut və Soçi şəhərləri də uçuş tezliklərinin artacağı
istiqamətlər sırasındadır.

Bununla yanaşı, sərnişinlərər daha çox səyahət imkanları təqdim
edilərək iyun ayından etibarən Bakıdan yeni istiqamətlərə – Batumi,
Bişkek, Buxarest, Sofiya, Bodrum,Dalaman, və Maskata müntəzəm
uçuşlar başlayacaq.

Uçuş cədvəlləri haqqında ətraflı məlumatı müvafiq
aviaşirkətlərin rəsmi internet saytından əldə etmək mümkündür.