Advertisement

Avropa Liqası: “Bayer” – “Qarabağ” oyunu başlayıb

Bakı. Trend:

UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyada “Bayer”
və “Qarabağ” komandaları arasında cavab matçı başlayıb.

Trend-in
məlumatına görə, “BayArena” stadionunda oynanılan qarşılaşma Bakı
vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən oyun 2:2
hesabı ilə başa çatıb.