Advertisement

Boksçumuz Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Bakı. Trend:

Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya
Təsnifat Turnirinə start verilib.

Trend İdman.biz
istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin
heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində
Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28,
28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla
(Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə
təmsil olunur.