Advertisement

Azərbaycanda yeni iş yerlərinin sayı məlum olub

Bakı. Trend:

2024-cü ilin I rübündə Azərbaycanda 22 517 yeni iş yerləri
yaradılıb.

Trend Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə
müqayisədə bu göstəricinin həcmi 25.9% artıb.

Belə ki, 2023-ci ilin I rübündə Azərbaycanda 17 886 yeni iş
yeləri açılmışdı.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ərzində
Azərbaycanda mövcud müəssisə və təşkilatlarda 20 037 yeni iş yeri,
yeni müəssisə və təşkilatlarda isə 2 265 yeni iş yeri açılıb.

Xatırladaq ki, cari ilin I rübündə Azərbaycanda 2 955 yeni
müəssisə və təşkilat, 21 781 yeni fərdi sahibkarlıq subyekti
yaradılıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan
müəssisə və təşkilatların sayı 27%, yeni yaradılmış fərdi
sahibkarlıq subyektlərinin sayı isə 27.4% azalıb.