
Bakı. Trend:
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti
açıqlayıb.
Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXV turunda baş
verənlər müzakirə olunub və müvafiq qərarlar verilib.
“Kəpəz” – “Zirə” oyununda meydan sahiblərinin azarkeşləri
tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə
təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat
cərimə edilib.
“Qarabağ” – “Turan Tovuz” matçından sonra akkreditasiyası
olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə meydan sahibi 500
manat cərimələnib.
“Qəbələ” – “Araz-Naxçıvan” qarşılaşmasında 5 futbolçusu sarı
vərəqə alan qonaq klub 700 manat ödəyəcək.





























