Bakı. Trend:
Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində əhaliyə
ödənişlər üzrə xərclər artırlır.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Əmək
və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakir
edilən “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə əsasən, qeyd olunan xərclər 6 681 580 000,0 manatdan
6 706 580 000,0 manata qədər artırılır. Bununla yanaşı əmək
pensiyalarının ödənilməsi xərcləri 6 500 000 000,0 manatdan 6 525
000 000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə
fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də
pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və
sair xidmət haqları xərcləri 78 500 000,0 manatdan rəqəmləri 78 530
000,0 manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin
saxlanılması xərcləri 130 110 000,0 manatdan 135 080 000,0 manata
qədər artılır.



























