Bakı. Trend:
Azərbaycan çempionatının aşağı liqalarında təcavüzkar davranışa
yol verən futbolçular cəzalandırılıblar.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam
Komitəsi verib.
I Liqada XXVII turun “Difai Ağsu” ilə matçında “Zaqatala”nın
futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna)
görə birbaşa qırmızı vərəqə alıb. O, 4 oyun cəzalanıb, klubunu 300
manat cəriməyə məruz qoyub.
II Liqada XXVI turun “Dinamo” – “Sheki City” qarşılaşmasında da
xoşagəlməz hadisə yaşanıb. Matçın 90-cı dəqiqəsində “Dinamo”nun
oyunçusu Şahin Əliyev və “Sheki City”dən Sərcan Omarov təcavüzkar
davranışa görə birbaşa qırmızı vərəqə alıblar. Hər iki futbolçu
rəqibi vurduğu üçün 4 oyun cəzalanıb, klublar hərəyə 300 manat
cərimələnib.





























