Advertisement

Xalq Bank Türk Eximbankın sindikat kreditləşməsində iştirak edib

Bakı. Trend:

13 may 2024-cü il tarixdə Xalq Bank Türk Eximbankın (Türkiye
İhracat Kredi Bankası A.Ş.) 728 mln ABŞ dolları məbləğində sindikat
kreditləşməsi layihəsində iştirak etmişdir. Kredit ətraf mühit,
idarəetmə və sosial məsuliyyət prinsiplərinə istinad edən ESG
standartlarına uyğun istifadə olunacaq.

Layihədə müxtəlif ölkələrdən 34 maliyyə qurumu yer almışdır.
Xalq Bankın bu layihədə iştirakı banklararası münasibətlərin
möhkəmləndirilməsi və Türkiyə Respublikası bankları ilə
əməkdaşlığın davamlı inkişafının təmin edilməsi baxımından böyük
əhəmiyyət kəsb edir.

Türk Eximbank 1987-ci ildən fəaliyyət göstərir və ölkənin
dayanıqlı ixrac strategiyasını aktiv dəstəkləyən dövlət bankıdır.
2004-cü ildə əsası qoyulmuş Xalq Bank əsas balans göstəricilərinə
görə Azərbaycanın özəl bankları sırasında ilk üçlükdə yer alır.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən,
138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə
səhifələrindən əldə etmək olar.