
Bakı. Trend:
Oyuna yaxşı başlasaq da, sonradan nəzarəti itirdik”.
Trend-ə
İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Bayer”in baş məşqçisi
Xabi Alonso deyib.
İspaniyalı mütəxəssis Avropa Liqasının 1/8 finalının cavab
matçında “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh
edib: “Ola bilər ki, bu gün “Qarabağ”a qarşı arzuolunan səviyyədə
çıxış etmədik. Bəzən futbolda belə hallara rast gəlmək mümkündür.
İkinci hissənin son 10 dəqiqəsini çıxmaq şərti ilə istədiyimiz
oyunu nümayiş etdirə bilmədik. Komanda öz günündə olmasa da, sonda
reaksiya göstərdik”.
Qeyd edək ki, hesabda 0:2 hesabı ilə geri düşən “Bayer” sona
yaxın 3 qol vuraraq, 1/4 finala yüksəlib.





























