
Bakı. Trend:
ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar
Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə
xidmətin keyfiyyətini artırır. Bankın filiallarının
transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki
filialı da yenilənib. Filial şəhərin mərkəzində – Heydər Əliyev
prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə
başlayıb.
ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə
uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin
universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi
üçün hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit,
kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş
kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi
müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev
bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə
yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini
verməkdə davam edəcək: “ABB olaraq qabaqcıl təcrübə və
imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat,
əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin
inkişafını dəstəkləyəcəyik”.
Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının
Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak
edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



























