
Bakı. Trend:
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Bakıda keçirilən U-23
Avropa çempionatında qızıl medal qazanıb.
Trend xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən
idmançı finalda türkiyəli Elvira Kamaloğluna 5:3 hesabı ilə qalib
gəlib.
Bu gün, həmçinin digər qadın güləşçimiz Mərziyyə Sadıqova (72
kiloqram) bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan güləşçiləri
ümumilikdə 10 medal qazanıblar. Ziya Babaşov (63 kiloqram), Xasay
Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə
çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad
Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın
Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Elnurə
Məmmədova (53 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə
bürünc medala yiyələniblər.





























