Advertisement

“Azeri Light” neftin 1 barelinin orta ixrac qiyməti 15 ABŞ dollara artırılacaq

Bakı. Trend:

Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində “Azeri Light”
markalı neftin 1 barelinin orta ixrac qiymətinin 15 ABŞ dollara
artırılması nəzərdə tutulur.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyinin makroiqtisadi
proqnozunun baza ssenarisinə dəyişikliklər edilib, neftin bir
barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ
dollarına (ilin ötən dövrü üzrə faktiki satış qiymətləri və ilin
qalan dövrü üzrə 70 ABŞ dolları fərz edilməklə, öncəki proqnoza
nəzərən 15 ABŞ dolları çox) yüksəldilib. 2024-cü ildə ÜDM-in 121,3
milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim
edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən
qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin
layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6
milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit
qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin
gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə
fiskal məkandan istifadə imkanları 2024-cü il üzrə gəlir proqnozuna
yenidən baxılması üçün şərait yaradır.