Advertisement

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır

Bakı. Trend:

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 %
artırılır.

Trend xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü
ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı
qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq
olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3
milyon manat (11,0 faiz) artırılacaq.