
Bakı. Trend:
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunlarının
ən yaxşısı adına 4 iddiaçı var.
Azərbaycan çempionu “Qarabağ”ın “Bayer”lə Almaniyadakı görüşünün
qəhrəmanı Patrik Şik də mükafata namizədlər sırasındadır. Vurduğu
iki qolla Leverkuzen təmsilçisinə qələbə qazandıran çexiyalı
hücumçu dörd namizəd arasında yer alıb.
Digər iddiaçılar Məhəmməd Salah (“Liverpul”), Rafael Leao
(“Milan”) və Məhəmməd Kudusdur (“Vest Hem”). Həftənin oyunçusu
azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.





























