
Bakı. Trend:
2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin
edilməsi təklif edilir.
Bu barədə Trend-ə
Maliyyə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, 2024-cü ilin ilk dörd ayında dövlət büdcəsinin
gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat
və ya 109,2 faiz təşkil etmişdir ki, bu da 2023-cü ilin eyni dövrü
ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur.
2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin
gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına
düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 434,4
milyon manat və ya 6,8 faiz çoxdur.
Dövr ərzində dövlət büdcəsinin gəlirlərinin tərkibində
qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz
təşkil edib.



























