Bakı. Trend:
Avtomobil bazarında son illər ilk dəfə qiymət azalmaları
müşahidə olunub.
Bu barədə Trend-ə
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ucuzlaşma
əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin
kütləvi satışa çıxarılması ilə bağlıdır.
Belə ki, 10 min manatadək olan avtomobillərin qiyməti aprel
ayında 8.2 faiz azalıb. Aİ-95 markalı benzindən istifadə edən və
daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da həmin
avtomobillərin qiymətində dəyişməyib.
Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin
daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki
göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i
təsdiqləyib.



























