Advertisement

Gömrük rüsumları üzrə proqnoz artırılır

Bakı. Trend:

Azərbaycanın yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinın
gəlirlərinin 1 milyard 757 milyon manatının və yaxud 4,8 %-nin
gömrük rüsumları üzrə daxilolmaların payına düşəcəyi
proqnozlaşdırılır.

Trend bu barədə Maliyyə
Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə
müqayisədə 19,1 % və ya 282 milyon manat çoxdur.

Xatırladaq ki, Azərbaycanın yenidən baxılan 2024-cü il dövlət
büdcəsinin gəlirləri ilə bağlı proqnoz 34 milyard 173 milyon
manatdan 36 milyard 353 milyon manata, xərcləri ilə bağlı proqnoz
isə 36 milyard 763 milyon manatdan 39 milyard 707,3 milyon manata
çatdırılacaq.