
Bakı. Trend:
Bu il mayın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin həcmi
45 milyard 277,2 milyon manat təşkil edib.
Trend-in Azərbaycan Mərkəzi
Bankına istinadən verdiyi xəbərə görə, geniş mənada pul kütləsinin
həcmi aylıq müqayisədə 1 % çox, ilin əvvəlinə nisbətən 0,5 % çox,
illik müqayisədə isə 10 % artıb.
Manatla geniş mənada pul kütləsinin həcmi aprelin sonuna 34
milyard 268,3 milyon manat təşkil edib. Bu, martın sonuna olan
analoji göstəricidən 0,5 % az, ilin əvvəlinə nisbətən 3,1 % az,
illik müqayisədə isə 13,5 % çoxdur.



























