
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal
gəlirləri 11 milyard 190,3 milyon manat təşkil edib.
Trend Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 4,7 % çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,1 %
artaraq 1 099 manata çatıb.



























