Advertisement

Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları müəyyənləşib

Bakı. Trend:

3×3 basketbol üzrə Qadın Seriyasında Qəbələ mərhələsinin
iştirakçıları müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, seriyanın Qəbələ mərhələsi iyunun 2-3-də
keçiriləcək.

Yarışda 5 yığma və 3 klub mübarizə aparacaq. Azərbaycan, Polşa,
İtaliya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, “Barselona
Panters” (İspaniya), “Varşava Lotto”(Polşa) və ölkəmizi təmsil
edəcək yeni yaranmış “Baku Flames” klubları da iştirak edəcək.

Qeyd edək ki, “Qəbələ” mərhələsi Qadın Seriyasının sayca
üçüncüsüdür.