Bakı. Trend:
İngiltərə kubokunda final matçı baş tutub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Uembli” stadoninunda keçirilən qarşılaşmada
Mançester klubları üz-üzə gəlib.
Ötənilki finalda “Mançester Siti” ilə “Mançester Yunayted”
qarşılaşmış və “şəhərlilər” 2:1 hesabı ilə qalib gəlmişdilər. Bu
dəfə fə eyni hesab qeydə alınıb, amma “qırmızı şeytanlar” qələbəni
bayram ediblər.
“Mançester Yunayted” tarixində 13-cü dəfə ölkə kubokunu qazanıb.
Onlar bu göstəricidə yalnız “Arsenal”dan geri qalırlar (14 titul).
“Mançester Siti” 7 dəfə kuboku başı üzərinə qaldırıb.





























