Advertisement

Avrokublaklarda Azərbaycanda təmsil edəcək klublar bəlli olub

Bakı. Trend:

Avrokuboklarda 2024/2025 mövsümündə ölkəmizi təmsil edəcək
klublar bəlli olub.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXVI turundan sonra
bütün suallara aydınlıq gəlib.

Çempion “Qarabağ”ın Çempionlar Liqasında çıxışı öncədən məlum
idi. Son turda rəqiblərinin xal itirməsində istifadə edən “Zirə”
gümüş mükafata sahib çıxıb. Kubokun finalına yüksələn “qartallar”
“Qarabağ”la oyunun nəticəsindən asılı olmayaraq Avropa Liqasında
çıxış edəcək.

Mövsümün bürünc mükafatçısı “Sabah” və “Sumqayıt” Konfrans
Liqasına vəsiqə əldə edib. Paytaxt derbisində “Neftçi”ni məğlub
edən “Sabah” ardıcıl ikinci mövsümdə qitəmiqyaslı turnirdə təmsil
olunacaq. Son turda 1 xala ehtiyacı olan “neftçilər” isə
məğlubiyyət nəticəsində avrokuboklardan kənarda qalıblar.

Qeyd edək ki, “Qarabağ” (82 xal) mövsümü 1-ci, “Zirə” (58) 2-ci,
“Sabah” (58) 3-cü, “ “Sumqayıt” (57) 4-cü, “Neftçi” (56) 5-ci
pillədə başa vurub.