Bakı. Trend:
“Qalatasaray” klubunda növbəti prezident seçkiləri
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, Dursun Özbek növbəti dəfə bu vəzifəni tutacaq.
O, 3343 səs toplayaraq rəqibi Süheyl Batuma (955 səs) böyük
fərqlə qalib gəlib.
Qeyd edək ki, Özbek üçüncü dəfə “Qalatasary”ın prezidenti
seçilib.





























