Advertisement

Azərbaycanda mövsümün rekordu təkrarlanıb – Trend.Az

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün tamaşaçı rekordu
təkrarlanıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ”
matçına təsadüf edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300
seyrçi izləyib. Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır.
XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici
olub. Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.

Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada
meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.