Advertisement

Azərbaycandan dəmir yolu nəqliyyatı ilə sərnişindaşımaları artıb

Bakı. Trend:

Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin
yanvar-fevral aylarında 3 milyon ton yük, 1 261,5 min sərnişin
daşınıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2023-cü
ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin
daşınmasında isə 30,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada 363 vaqon yüklənilib, 415 vaqon isə
boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5
min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə
isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib”, – məlumatda qeyd
olunub.