Advertisement

Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları ARTIRILIB

Bakı. Trend:

Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının qərarı ilə
ekspertlərə ödənilən xidmət haqları 7,5 % artırılıb.

Trend bu barədə Kənd
Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Belə ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının
sığortası üzrə riskin qiymətləndirilməsi zamanı 1 gün ərzində 1
sığorta müqaviləsi üzrə 27 manat, sonrakı hər müqavilə üzrə 13
manat xidmət haqqı nəzərdə tutulub. Əkin sahələri üzrə zərərin
qiymətləndirilməsi zamanı isə 1 gün ərzində 1 sığorta hadisəsi üzrə
ödəniləcək məbləğ 67,2 manat, sonrakı hər müqavilə üzrə 54 manat
nəzərdə tutulub.

Kənd təsərrüfatı heyvanlarının sığortası zamanı riskin
qiymətləndirilməsi üzrə baza məbləğləri 21 manat, 60 manat və 115
manata qaldırılıb. Kənd təsərrüfatı heyvanlarının sığortasında
zərərin qiymətləndirilməsi üzrə 1 baş heyvana görə ödəniləcək
məbləğ 33 manat müəyyən edilib.

Akvakultura məhsullarının (balıqçılıq təsərrüfatlarının)
sığortası üzrə məbləğlər isə risk qiymətləndirməsi üzrə 67,2 manat,
zərər qiymətləndirməsi üzrə isə 107,5 manata qaldırılıb.