Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə
yekun vurulub.
Trend-in məlumatına görə, lider “Qalatasaray” səfərdə
“Konyaspor”la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn
İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu
olub.
Son turda “Ankaragücü”nü 6:0 hesabı ilə məğlub edən “Fənərbağça”
isə 99 xalla mövsümü ikinci pillədə bitirib.





























