
Bakı. Trend:
Yelo Bank ardıcıl ikinci ildir ki, qadın liderliyinə həsr
olunmuş regionun ən böyük tədbiri — SHE Congress-ə dəstək olur.
Fərqli sferalarda uğurları ilə seçilən 500-dən çox yerli və xarici
qadının qatıldığı builki konqresi mövzusu “İndinin gücü: Anı yaşa”
(The Power of Now: Live the Moment!) idi. Tədbirdə qadınların
biznes və şəxsi inkişaf sahəsində qarşılaşdıqları çağırışların,
həll yollarının, şirkətlərin öz fəaliyyətində tətbiq etdiyi uğurlu
strategiyaların müzakirəsi aparılıb.
Yelo Bank tədbirdə İdarə Heyətinin sədri Anar Həsənov və İdarə
Heyətinin sədr müavini Günay Cəlilova ilə təmsil olunub. Anar
Həsənov öz çıxışında biznesdə inklüzivliyin vacibliyindən bəhs
edərək dünyada və ölkəmizdə mövcud vəziyyəti dəyərləndirib. Daha
sonra Günay Cəlilova ilə birlikdə “Azerbaijan Business Women”
təşkilatının təsisçisi Tatyana Mikayılovanın moderatorluğu ilə
keçirilən panel müzakirədə iştirak ediblər. Onlar öz çıxışlarında
rəhbər rollarında, xüsusilə maliyyə sektorunda qadın təmsilçilərin
kifayət qədər təmsil olunmamasından söz açıblar. Paneldə
şirkətlərin fəaliyyətində müxtəlifliyin vacib rolu və bizneslərdə
inklüziv mühiti inkişaf etdirmək üçün istifadə edilə biləcək
strategiyalar vurğulanıb.
Tədbir fərqli çıxışlar, uğur hekayələri və ilhamverici panel
müzakirələri ilə davam edib. İştirakçılar fikir mübadiləsi aparmaq,
ən yaxşı təcrübələri öyrənmək, həmçinin faydalı əlaqələr qurmaq
imkanı də əldə ediblər. Bütün bunlarla yanaşı, tədbir sürpriz
hədiyyələri ilə də yadda qalıb. Təsadüfi seçimlə müəyyənləşdirilmiş
şanslı iştirakçılar Yelo Bank-dan iPhone 15 və Yelo Infinite
kartını qazanıblar.
Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində Yelo Bank
bərabərliyə, müxtəlifliyə və inklüzivliyə dəyər verilən gələcəyi
dəstəkləyir. Qadınların səlahiyyətlərinin genişləndirilməsinin daha
güclü iqtisadiyyata və daha sağlam cəmiyyətə gətirib çıxaracağına
inanan Yelo Bank sonrakı fəaliyyətində də SHE Congress kimi
təşəbbüsləri dəstəkləməyə davam edəcək.
Yelo Bank-dan kredit goturmek istəyirdiniz? O zaman 981
nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az
hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



























