Advertisement

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

ABŞ-dən, Avrozonadan və Yaponiyadan gələn inflyasiya məlumatları
önümüzdəki həftə boyunca ön planda olacaq.

Trend xəbər verir ki, bu barədə “InvestAZ”dan dünya maliyyə
bazarları ilə bağlı həftəlik analizdə bildirilib.

ABŞ inflyasiya məlumatları

FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi
İstehlak Xərcləri (PCE) Qiymət İndeksi cümə günü açıqlanacaq və
ilin qalan hissəsi üçün faiz dərəcələrinin istiqaməti ilə bağlı
ipucları üçün yaxından izləniləcək.

Keçən həftə FED protokollarından sonra bazarlar daha uzun müddət
ərzində daha yüksək faiz dərəcələri ilə bağlı söhbətlərə boyun
əyməyə başladı, mərkəzi bank rəsmiləri isə inflyasiyanın həqiqətən
də etibarlı eniş trayektoriyasında olub-olmadığına dair şübhələrini
ifadə edən ehtiyatlı bəyanatlar verdilər.

İnvestorlar həftə ərzində FED-in qubernatorları Mişel Bouman və
Lisa Kuk, Klivlend FED-in sədri Loretta Mester, Nyu-York FED-in
sədri Con Uilyams və Atlanta FED-in sədri Rafael Bostic də daxil
olmaqla bir çox bank rəsmisini dinləmək imkanı əldə edəcəklər.

İqtisadi təqvim həmçinin cümə axşamı günü birinci rüb üzrə ABŞ
iqtisadiyyatı üçün yenidən işlənmiş ÜDM məlumatlarını və çərşənbə
günü FED-in “Bej Kitab” hesabatını ehtiva edir.

EUR

Avropa Mərkəzi Bankı (AMB) iyun ayında keçirdiyi iclasda faiz
dərəcələrini rekord səviyyədə olan 4%-dən aşağı salacağına söz
vermişdi. Bu səbəbdən də bu həftənin cümə günü Avrozonada
açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) və İstehlak
Qiymətlərinin Baza İndeksi göstəriciləri böyük maraq doğurur.
Həmçinin, çərşənbə axşamı günü Almaniyada da CPİ nəticələri dərc
olunacaq.

İqtisadçılar may ayında Avrozonada inflyasiyanın apreldə olan
2.4%-dən hər il 2.5%-ə qədər artacağını, baza inflyasiyanın isə
2.7% səviyyəsində sabit qalacağını ehtimal edirlər.

Lakin, analitiklər hesab edirlər ki, bu, çətin ki, ECB-ni iyun
ayında faiz endirimindən çəkindirsin. Bəzi ECB rəsmiləri isə
monetar siyasətin erkən yumşaldılmasına ehtiyac olmadığını iddia
edirlər.

Böyük Britaniyadan iqtisadi rəqəmlər

Bu həftə investorlar cümə axşamı günü İngiltərə Mərkəzi Bankının
sədri Endryu Beylinin çıxışında bankın pul-kredit siyasətinin
gələcəyinə dair ipucları arayacaqlar.

Ötən həftəyə 1.27$ səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə
ərzində 1.2760 səviyyəsinə qədər bahalaşsa da, burada müqavimətlə
qaşılaşaraq bir qədər ucuzlaşmış və həftəlik şamını 1.2730
səviyyəsində tamamladı.

“Buğarlar” qiyməti 1.27$ səviyyəsinin üzərində qoruyub saxlaya
bilsələr, artım tendensiyası 1.29$-a kimi davam edə bilər.

Yaponiyada iqtisadi göstəricilər

Bazarlar Yaponiya Mərkəzi Bankının (BoJ) növbəti faiz artımının
nə vaxt baş verə biləcəyini ölçməyə çalışarkən cümə günü
açıqlanacaq Tokyo inflyasiya məlumatları yaxından izləniləcək.

İnflyasiya rəqəmləri BoJ-un növbəti iclasından iki həftə əvvəl
gələcək və analitiklər mərkəzi bankın bu ildə ikinci dəfə faiz
dərəcələrini artıra biləcəyini düşünürlər.

NEFT

Cümə günü neft qiymətləri təxminən 1% bahalaşdı. Lakin, güclü
ABŞ iqtisadi məlumatlarının faiz dərəcələrini daha uzun müddət
yüksək saxlayacağı və yanacağa tələbi azaldacağına dair
narahatlıqlar səbəbindən həftəlik şamını enişlə tamamladı.

“Brent” nefti həftəni 2.1% enişlə ilə başa vurdu. Keçən həftə, 2
yanvardan bəri ən uzun itki seriyasını yaşayaraq, ardıcıl dörd
sessiya ucuzlaşdı. ”WTI” nefti isə həftəlik müqayisədə 2.8%
ucuzlaşıb.

İqtisadçılar hesab edirlər ki, yüksək faiz dərəcələri borclanma
xərclərini artıra, iqtisadi aktivliyi ləngidə və neftə tələbi
azalda bilər.

“Morgan Stanley” analitikləri daha geniş perspektivdə neft
tələbinin güclü olaraq qaldığını qeyd edərək əlavə ediblər ki, bu
il ümumi neft istehlakının günlük təxminən 1.5 milyon barel
artacağını gözləyirlər.

Ötən həftəyə 84.30$ həddindən başlayan “Brent” nefti, həftə
ərzində 84.80$-a kimi bahalaşsa da, daha sonra azalan tələb fonunda
80.90$-a kimi ucuzlaşdı. Lakin, bu səviyyədən dəstək tapan OİLUK
pariteti bir qədər bahalaşdı və həftəlik şamını 82.40$ həddində
bağladı.

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və
bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə
bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti 80$-a
kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter
ala bilər.

XAUUSD

Qızıl ötən həftənin bazar ertəsi günü yeni tarixi maksimum
yaratdıqdan sonra, ABŞ-da proqnozların üzərində açıqlanan
inflyasiya göstəricilərinin FED-in faiz dərəcələrini hələ uzun
müddət yüksək saxlayacağı ehtimallarını gücləndirməsi fonunda bu
ilin ən böyük həftəlik enişini yaşadı.

Ötən həftəyə 2418$ səviyyəsindən başlayan və 2450$-a kimi
bahalaşaraq tarixi maksimumlarını yeniləyən qızıl, açıqlanan qlobal
iqtisadi göstəricilərin təsiri ilə sürətlə ucuzlaşdı və həftəlik
şamını 2334$ səviyyəsində tamamladı. Ehtimal olunur ki, “Ayılar”
qiyməti 2300$ həddinin altına qaytara və orada saxlaya bilsələr,
eniş tendensiyası daha da dərinləşə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya
www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.