
Bakı. Trend:
2024-cü il dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən
amillər açıqlanıb.
Trend xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin
iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi
haqqında” qanunda dəyişiklikliyin müzakirə zaman məlumat verib.
Nazir bildirib ki, yenidən baxılmanı şərtləndirən amillər Böyük
Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, ölkəmizin
ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı
dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli
təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və
maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının
yaradılmasıdır.



























