
Bakı. Trend:
Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əməkhaqqı
fondudur.
Trend xəbər verir ki, bunu Milli Məcisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın sədri Vüqar
Gülməmmədov deyib.
O qeyd edib ki, ötən ilin son göstəricisinə görə, əməkhaqqı
fondu 21 milyard manatdan bir az artıqdır.
“Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18%-ə çatmır. Cari
ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma
bu da kiçik məbləğdir. Bizim üçün ən vacib məsələ əməkhaqqı
fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən
qidalana bilsin”, – deyə Palata sədri əlavə edib.



























