Bakı. Trend:
“Qəbələ” baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə
imzalayıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə məlumatı klub yayıb.
Məlumata görə, 55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə
bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.
Tsxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına
qədər “Qəbələ”də çalışacaqlar.
Tsxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş
məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008)
və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02),
“Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07),
Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi”
(2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16)
millisində baş məşqçi olub.





























