Advertisement

Millimizi yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşib

Bakı. Trend:

Azərbaycan milli komandasını iyunun 7-də Albaniya, 11-də isə
Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq
görüşlərinə çıxaracaq məşqçilər müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərində baş
tutacaq oyunlarda millimizə Arif Əsədov rəhbərlik edəcək.

Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran
Ağayev də təmsil olunacaqlar.

Qeyd edək ki, Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da,
Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun
“Haladas SportKomplexum”da olacaq. İdman.biz