Bakı. Trend:
Antoni Marsyal “Mançester Yunayted”i tərk edib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, fransalı futbolçu özü bu barədə sosial
şəbəkədə paylaşım edib.
28 yaşlı hücumçu klub azarkeşlərinə təşəkkür edib. O, “Mançester
Yunayted”də 9 mövsüm keçirib. Marsyal 317 oyunda 90 qol vurub, 37
ötürmə verib. Antoni “qırmızı şeytalar”ın heyətində 5 kubok qazanıb
(Avropa Liqası, İngiltərə kuboku (2 dəfə), İngiltərə superkuboku,
İngiltərə Liqa kuboku).
Qeyd edək ki, Marsyalın “İnter”ə keçəcəyi gözlənilir.





























