
Bakı. Trend:
İcmal büdcənin tərkibinə daxil olan Dövlət Neft Fondunun
büdcəsinin gəlirləri cari ilin təsdiq olunmuş göstəricisi ilə
müqayisədə 2 milyard 36 milyon manat və ya 16,9 faiz artaraq 14
milyard 109,2 milyon manat məbləğində nəzərdə tutulur.
Trend xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il
dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklə bağlı qanun
layihəsində öz əksini tapıb.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 12 milyard 866,7 milyon
manat təşkil edəcək ki, bu da cari ilin təsdiq olunmuş göstəricisi
ilə müqayisədə 4,7 milyon manat çoxdur.



























